Əsas Səhifə > Tənqid > Etibar Pirverdiyev CƏZALANDI -Ona da Ziya Məmmədov yolunun sonu göründü (Pərdəarxası)
Etibar Pirverdiyev CƏZALANDI -Ona da Ziya Məmmədov yolunun sonu göründü (Pərdəarxası)2-05-2017, 10:28 |
![]() Hesablamalar Palatası "Azərenerji”ASC-də yoxlama aparıb Ulus.Az unikal.org-a istinadla xəbər verir ki, "Azərenerji”ASC-də milyonlarla manat yeyinti olduğu aşkarlanıb. Palatanın apardığı yoxlama nəticəsində bir sıra nöqsanlar var ki, detallı açıqlanacaq. Etibar Pirverdiyevin maliyyə məsələləri ilə bağlı səlahiyyətləri əlindən alınaraq SOCAR-a verilib. Bununla da Pirverdiyev üçün yolun sonunun göründüyün və qaranlıq tunelə girdiyini söyləmək olar. ASC prezidentinin səlahiyyətlərinin azaldılması onun keçmiş nəqliyyat naziri Ziya Məmmədovun taleyini yaşayacağı ehtimalı yaradır. Gözlənilir k, qurum tam ləğv olunacaq, səlahiyyətləri “Azərişıq”a bütövlükdə veriləcək və Pirverdiyev vəzifəsiz qalacaq. Qeyd edək ki, vaxtilə Etibar Pirverdiyevin nəzarətində olan Sumqayıt Texnologiyalar Parkı (STP) ondan alınıb. Hazırda həmin quruma "Ekspress” bankın Müşahidə Şurasının sabiq sədri Emin Məmmədov rəhbərlik edir. Sumqayıt Texnologiyalar Parkında olan yeyinti haqqında məlumat daxil olub. Məlumatda qeyd edilir ki, son zamanlar tamam təsadüf nəticəsində maraqlı bir fakt ortaya çıxıb. Müəssisənin plastik boru satışı üzrə cavabdeh şəxs, 2010-cu ildən bu sahədə çalışan Ağalar Ağayevin adına olan bank hesabında 100.000 ABŞ dolları olduğu aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, müəssisədə çalışdığı müddət ərzində bu şəxsin rəsmi əmək haqqısı orta hesabla 500 manat olub və maddi vəziyyəti heç də qənaətbəxş olmayıb. İxtisasca riyaziyyat müəllimi olan Ağalar Ağayev məhdud maliyyə imkanlarına malik olsa da, müəssiədə çalışdığı dövrdən bəri bu qədər maddi vəsaiti hansı yollarla əldə etməsi maraq doğurur. Etibar Pirverdiyevin milyonluq maxinasiyaları, mülkləri barədə məlumatlar ictimaiyyətə ötürülür. Hazırda "Azərenerji" sədrinə qarşı iş aparan qüvvələr kifayət qədər ciddidir və istəklərinə nail olmaq üzrədir. Əgər fövqəladə hadisə baş verməsə, E.Pirverdiyevin istefaya göndərilməsi gerçəkləşəcək. Çünki onun barəsində hazırlanan şok dosye artıq yuxarılara ötürülüb. E.Pirverdiyevlə Beynəlxalq Bank arasında borca görə məhkəmə çəkişməsi də olub.(ulus)Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddianı iki il əvvəl Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun “Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb. Səlahiyyətlərinin əsas hissəsi “Azərişıq”a verildikdən sonra mövqeləri xeyli zəifləyən E.Pirverdiyevin işini çətinləşdirən daha bir mühüm fakt da var. Məlumdur ki, Bayraq Meydanının sabiq rəhbəri, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov həbs olunublar. Bayraq Meydanının tikilməsi E.Pirverdiyevə həvalə olunmuşdu və R.Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş yeni korrupsiya faktları üzə çıxıb. Rubrika.az Geri qayıt |