Əsas Səhifə > Hadisə > Politoloq: İrəvanı savaşla masaya oturtmalıyıq
Politoloq: İrəvanı savaşla masaya oturtmalıyıq3-05-2017, 23:27 |
|
Serj Sərkisyanın müharibə partiyası Dağlıq Qarabağla bağlı status-kvonun saxlanılmasına çalışır. Bu sözləri açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspert bildirib ki, Ermənistan heç bir barışıq siyasəti həyata keçirməyəcək: “Ona görə də İrəvana təzyiq olunmalıdır. Burada da əsas faktor məhz Rusiyadır. Serj Sərkisyanın müharibə partiyası Dağlıq Qarabağla bağlı status-kvonun saxlanılmasına çalışır. Məhz bu səbəbdən də Ermənistanı lokal hərbi münaqişələrlə yerinə otuzdurub sülh danışıqlarına vadar etmək lazımdır”. Politoloq Ermənistanda müqavilə əsasında ordunun yaradılması ilə bağlı dolaşan söz-söhbətlərə də aydınlıq gətirib:(axar.az) “Bunun üçün çox ciddi vəsait lazımdır. Bu vəsaitlər isə bu gün Ermənistanda yoxdur. Görünür, Ermənistan hakimiyyəti belə manevrlər etməklə vaxtını uzadır”. Rubrika.az Geri qayıt |