Əsas Səhifə > İdman > Heç kimi o qədər adam izləmir - Ronaldonun yeni rekordu
Heç kimi o qədər adam izləmir - Ronaldonun yeni rekordu4-05-2017, 14:34 |
![]() “Real”ın hücumçusu Kriştiano Ronaldonu İnstagram sosial şəbəkəsində izləyənlərin sayı 100 milyonu keçib. Bu göstəriciyə görə 32 yaşlı portuqaliyalı idmançılar və kişilər arasında birinci yerə çıxıb. Ümumi göstəricidə isə Ronaldonu yalnız pop-müğənnlər Selena Qomes, Ariana Qrande, Teylor Svift və Beyonse qabaqlayır.(qol.az) Ronaldo həmçinin İnstagram və Feysbukda 100 milyon izləyicisi olan ilk şəxs olub. İnstagramda ən çox izləyicisi olan idmançıların TOP-10-luğu 1. Kriştiano Ronaldo («Real») - 100 milyon 2. Neymar («Barselona») - 74 milyon 3. Lionel Messi («Barselona») - 70,8 milyon 4. Xames Rodriges («Real») - 30,7 milyon 5. LeBron Ceyms («Klivlend») - 29,9 milyon 6. Qaret Beyl («Real») - 28,8 milyon 7. Zlatan İbraqimoviç («MY») - 24,7 milyon 8. Ronaldinyo - 22,5 milyon 9. Luis Suares («Barselona») - 21,9 milyon 10. Kərim Benzema («Real») - 18,2 milyon Rubrika.Az Geri qayıt |