Əsas Səhifə > Təhsil > Deputat repetitorluq günahını Mikayıl Cabbarovda görür? - Araşdırma
Deputat repetitorluq günahını Mikayıl Cabbarovda görür? - Araşdırma5-05-2017, 12:17 |
![]() Deputat Hadı Rəcəbli qeyd edib ki, əksər hallarda valideynlər tənbəllikdən uşaqları repetitor yanına göndərir, özləri uşaqla məşğul olmaq istəmirlər Millət vəkili bu məsələdə valideynlər günahlandırıb və təhsilin məktəblərdəki səviyyəsindən bir sətir də danışmayıb. “Filankəsin uşağı müəllim yanına gedir, mənimki niyə getməsin?” deyə düşünürlər. Sonra da şikayət edir ki, mənim vəsaitim çatmır. Bəli, valideyn bədxərclik edir, otur uşağınla özün məşğul ol”. Azərbaycan repetitorlara müraciət səviyyəsinə görə keçmiş sovet ölkələri arasında birinci yerdədir. Bu qənaətə mərkəz MDB ölkələrindəki tərəfdaşları ilə birgə apardıqları «Gizli bazarda gizli təhsil» adlı araşdırma nəticəsində gəlib. Problemin səbəblərindən biri məktəblərdə təhsilin keyfiyyətinin aşağı olmasıdırsa, digəri də bəzi müəllimlərin şagirdləri fərdi məşğul olmağa məcbur etməsidir. Həmin müəllimlə məşğul olmaq istəməyənlərə qiymət yazılmaması təcrübəsinin də şahidi oluruq. Bunu yalnız bir qanunu pozmaqla yox bunu bir cinayət də hesab etmək olar. Əgər repetitor əməyindən onların qazandığı vəsait aldıqları əmək haqqından təxminən bir 5-10 dəfə çoxdursa, onlar heç məktəbə üz tutmayacaqlar. Yəni 2-ci repetitor işi ona daha çox gəlir gətirirsə, o əlbəttə ki, ona daha çox üstünlük verməli olacaq. Təhsil naziri Mikayıl Cabbarov isə bu illər ərzində heç bir inkişafa nail omayıb. Bir abituriyentin hazırlığına ailə ildə azı 1500-2000 manat əlavə pul ödəməli olur. Amma millət vəkili bu məsələdə valideynlər günahlandırır və nazirliklə müəllimlərdə qəbahət axtarmır. Heç bir valideyn tənbəllikdən ildə 1500 xərcləməz. Heç bir şagird də məktəbdə oxumaqla ali məktəbə daxil ola bilmir. Bunu deputat H.Rəcəbli yaxşı bilir. Məktəb direktorları məktəbə biznes mənbəyi kimi baxır. Bayramlarda, əlamətdar günlərdə pul yığırlar. Məktəbin ehtiyacları üçün nazirlikdən və dövlətdən vəsait ayrıldığı halda şagirdlərdən, valideynlərdən hətta müəllimlərin özlərindən pul yığırlar. Artıq bu təhsil sistemi ilə barışmışıq. İstərsəniz 12 il yox, 15 illik təhsil sisteminə keçin, müəllim sadəcə dərsini keçib borcundan çıxmaqdan başqa öyrətməyi qarşısına məqsəd qoymayıb. Hər bir şagirdinə münasibətdə özünü potensial repetitor kimi gördükcə, fondpulu, attestat pulu diləndikcə və onların qarşısında bu şəkildə alçaldıqca nə orta məktəblər şagirdlərə yaxşı təhsil verə biləcəklər, nə də orada təhsil alan şagirdlər öyrənmək istəyəcəklər. Odur ki, hamımız təhsilli gələcək üçün ümidimizi repetitorlara və kurslara bağlamışıq. Amma bu üsul da hər kəsin büdcəsinə görə deyil. Rubrika.Az Geri qayıt |