Əsas Səhifə > Dünya > Rusiya İrəvandakı bazasını savaşa hazırlayır - Lavrov

Rusiya İrəvandakı bazasını savaşa hazırlayır - Lavrov


6-05-2017, 10:23
Rusiya İrəvandakı bazasını savaşa hazırlayır - Lavrov

Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov İŞİD terror qruplaşmasının axırına çıxmağa söz verib, baxmayaraq ki, terrorçular təslim olmaq istəmirlər.

Bu haqda o, "Dünya 24" telekanalına müsahibəsində danışıb.

Lavrovun sözlərinə görə, İŞİD Yaxın Şərqdə, Afrikanın şimalında, həmçinin Əfqanıstanın şimal rayonlarında - Rusiyanın qonşuları və müttəfiqlərinin əraziləri ilə həmsərhəd - məskən salıb.(virtualaz)

O qeyd edib ki, KTMT-yə üzv ölkələrin silahlı bölmələri istənilən an hərəkətə keçməyə hazır vəziyyətdədir.

"Rusiyanın Tacikistanda, Qırğızıstanda və Ermənistanda yerləşən bazaları da hazırdır. Nə qədər ki, həmin infeksiya məhv edilməyib, bu prioritetlər qalacaq", - deyə xarici siyasət idarəsinin başçısı vurğulayıb.

Rubrika.Az
Geri qayıt