Əsas Səhifə > Hadisə > Putinin Suriyadakı GİZLİ SİLAHI - çeçenlər
Putinin Suriyadakı GİZLİ SİLAHI - çeçenlər8-05-2017, 07:07 |
![]() Rusiya prezidenti Putin Suriyada özünün əsl unikal silahını yerləşdirməyə müvəffəq olub. Ruslar Suriyada hərbi mövcudiyyətlərini çeçen və inquşlardan ibarət hərbi muzdlu dəstələrlə təmin edirlər. Bununla bağlı Foreign Policy jurnalının yazarı, Kanadada yerləşən SecDe Group təşkilatının kəşfiyyat üzrə analitiki Nil Hauer xüsusi yazı qələmə alıb. “Bu cür mövcudluq Kremlə uzun müddət qalmaq istədiyi yerlərdə səngər qazaraq öz təsirini artırmağa imkan verir”, - məqalədə qeyd olunur. “Hələ ki, Kremlin yeni Şimali Qafqaz briqadalarının konkret rollarının nədən ibarət olduğu və sayları haqqında dəqiq məlumat yoxdur. Bir sıra mənbələrin bildirdiyinə görə, keçən ilin dekabr ayında 500 çeçen, təxminən 300 inquş əsgər bölgəyə yerləşdirlirb. Bu əsgərlər xüsusi hazırlığa malik olub, əsasən bir sıra mühüm vacib vəzifələrin yerinə yetirlməsində istifadə olunacaqlar”, - Hauer qeyd edir.(musavat) “Əslində bu Moskvanın Suriya bataqlığında qalmasının istər-istəməz etirafıdır”, - məqalədə Praqada yerləşən Institute of International Relations təşkilatının aparıcı əməkdaşı Mark Qaleottinin fikirlərinə yer verilib. “Bu tip birqadalar Kremlin xarici əməliyyatlar zamanı uğur əldə etmək üçün xilas çubuğu rolunu oynayırlar”. Müəllifin fikrincə, Moskva bu briqadaları sadəcə döyüş qabiliyyətlərinə görə qiymətləndirmir. Kreml sadəcə şimali qafqazlıları qurban kimi qabağa verib. “Suriyada rusun deyil, Şimali Qafqaz mənşəli insanların ölməsi, çətin ki, Rusiyada narazılıq doğursun”, - müəllif yazır. “Əgər lap açıq deyilsə, Putin üçün Suriyada Rusiyanın başqa regionlarındansa çeçen və ya Qafqazdan çıxan hər hansı bir millətin nümayəndəsinin ölməsi daha tərcih olunan variant hesab edilir”, - məqalədə qeyd olunur. Müəllif burada Moskva üçün daha bir üstünlük tapıb: “Bu da Şimali Qafqazdan gələnlərin Suriyanın əksər əhalisi kimi sünni məzhəbinə aid olması ilə bağlıdır. Moskva bununla Əsəd rejiminə qəzəbli kəsimin eyni-məzhəbdən olan yadelli insanların əli ilə susdurmaq istəyir”. Hauerin fikrincə, Şimali Qafqazdan gələn xüsusi qüvvələrin digər vacib missiyası Suriyadakı kürd hərbi qruplaşmalarını Menbiçdə türk qoşunlarının yürüşündən qorumasıdır. Bundan başqa, xüsusi dəstələr Rusiyanın Suriyanın daxili siyasi məsələlərinə, xüsusilə Suriya və İran rəhbərliyi ilə münaqişələrdə səhra şəraitində istifadə oluna bilər. Müəllif Hələbdəki ilk çeçen birliklərinin peyda olmasını bununla bağlayır. “Yanvarın sonunda Əsədin insult keçirdiyi və İran tərəfinin onun yerinə qardaşı Mahiri gətirmək istədiyi xəbəri yayılmışdı. Sonuncu Kreml üçün özünə uyğun varislərdən hesab olunmurdu. Cəmi bir neçə gün sonra Əsəd məlum dəstələrin müşayiəti ilə Dəməşqə geri döndü və hər kəs sakitləşdi. Bütün bunlar Suriya paytaxtında rusların öz quru qüvvələrini saxlamasının nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirdi”, - Hauer vurğulayır. Müəllif rusların əvvəllər Suriyada “xüsusi hərbi kampaniya” deyilən xüsusi birlikə təmsil olunduğunu yazır. “Əvvəllər bu birlik “Slavyan korpusu “adlanırdı. 2013-cü ildə bu qrupun missiyası olduqca uğursuz olduğuna görə onu yenidən formalaşdırdılar. Hazırda həmin qrup “Vaqner” adlanır və ona Baş Kəşfiyyat İdarəsinin (QRU-red.) kemiş zabiti Dmitri Utkin rəhbərlik edir. Bu qrup daha öncə Krım və Şərqi Ukraynanın işğalında özünü göstərib”. “Çeçen döyüşçülərdən ibarət birliklərin ilk missiyası martın 27-də başa çatıb və onlar vətənlərinə geri dönüblər. Aprelin 19-da isə Kadırov Suriyaya yeni çeçen əsgərlərini regiona göndərildiyini açıqlayıb. İnquş taboru isə Dəməşqdə qalmaqda davam edir. Bu tabor Dəməşqin Cobar rayonunda gedən döyüşlərdə hökumət qüvvələrinə mühüm kömək göstəriblər. İnquş taborunu may ayının ortalarında vətəninə geri dönməsi gözlənilir”, -məqalədə qeyd olunur. Yekun olaraq Hauer belə bir proqnoz yürüdür: “Şimali Qafqaz taborlarının gələcəkdə genişləndilrilməsi çətin görünsə də, hər halda onlar Moskvanın Suriyadakı nüfuzunun möhkəmləndirilməsi siyasətinin ön cərgəsində olacaqlar”. RUBRİKA.AZ Geri qayıt |