Əsas Səhifə > Aktual > Hilal Əsədovun həbsinə hazırlıq gedir - 7 milyonluq işin müdhiş detalları

Hilal Əsədovun həbsinə hazırlıq gedir - 7 milyonluq işin müdhiş detalları


9-05-2017, 11:26
Hilal Əsədovun həbsinə hazırlıq gedir - 7 milyonluq işin müdhiş detalları

Eldar Mahmudovun müavini olmuş Hilal Əsədovun həbsinə zərurət yaranan ifadə verilib

MTN generalı Elçin Quliyevin və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə davam edib.

Onların ittiham olunduğu epizodlardan biri də dövlət büdcəsindən mənbələrin maliyyələşdirilməsi adı ilə 7,7 milyon manat mənimsənilməsi ilə bağlıdır.

Bu barədə əldə etdiyimiz məlumata görə, şahidlərdən biri, hazırda DTX-də işləyən şəxs pulların bir qismini keçmiş nazir müavini Hilal Əsadova verdiyini bildirib.

Şahid R.A ifadəsində bildirib ki, 1995-ci ildən MTN-nin Əks Kəşfiyyat İdarəsində əməliyyat müvəkkili kimi işə başlayıb.

2013-cü ildən Anti-Terror Mərkəzində şöbə rəisi təyin edilib. 2016-cı ilin martında Dövlət Təhlükəsizlik Xidmətində şöbə rəisi vəzifəsinə təyin olunub.

“Lazım olan vəsaiti Hilal Əsədovun imzaladığı rasportlarda göstərilən məbləğ qədərində nağd götürürdüm, qəbzlərə imza atırdım və pulları şəxsən özüm gətirib nazir müavini Hilal Əsədova verirdim. Görüşdən sonra pulun alınması barədə qəbzləri Hilal Əsədov özü alaraq mənə verirdi”.(ulus.az)Bu fakt göstərir ki, H.Əsədov da E.Quliyevin yanında olmalı imiş. Ancaq Mahmudovu qoruyan əllər onu da xilas edə bilib.

MTN-in bütün idarələrinin rəisləri, onların müavinləri, tabeçilikdə olan bütün şəxsi heyət istintaqa cəlb olunub, əksəri həbsə alınıblar. 2 ay əvvəl başladılan proses çərçivəsində həbslər artıq səngiyib. Bu həbslərin davam edəcəyi bildirilir.

Hilal Əsədov Eldar Mahmudova xüsusi yaxınlığı ilə seçilən, onun tərəfindən MTN-ə cəlb olunan və yüksək vəzifələrə irəli çəkilən biridir.

O, bu illər ərzində qurumda törədilən cinayətlərə ən azından şahidlik edib, susqun seyrçi mövqe sərgiləyib. Hərçənd ki, onun adı bir çox cinayətlərdə qırmızı xətlə keçir.

Bakının “8-ci kilometr bazarı”nın bir hissəsinin zorla sahibindən alınması və ora öz yaxın qohumunu təyin etməsi də Hilal Əsədovun adı ilə bağlıdır. Bunlar sabiq nazirin hazırda vəzifədə olan müavini haqda mətbuat səhifələrinə yol tapmış əməlləri haqda məlumatlardır.

Hazırda vəzifəsiz olan H.Əsədovun həbsdən kənarda qalması haqda maraqlı məlumatlar var. İddiaya görə o, Eldar Mahmudovun işdən azad olunmasından 1 gün sonra ölkə rəhbərliyinin dar çevrədə keçirdiyi toplantıda iştirak edib.

H.Əsədovun sabiq nazirin əleyhinə yönəlik ifadələrinin olduğu deyilir. Bildirilir ki, Hilal Əsədov istintaqla əməkdaşlıq yolunu tutduğuna görə həbsdə deyil. Lakin ortada pul məsələsi və həbsinə hazırlıq getdiyi istisan edilmir.

Keçmiş nazir müavini Hilal Əsədovun da həbsinə sanksiya vermək üçün istintaqda dəlillər toplanmaqdadır. Bəzi ehtimallara görə, həbsləri E.Mahmudovda yekunlaşdırmaq üçün ondan əvvəl H.Əsədovu da həbs edə bilərlər.

Rubrika.Az
Geri qayıt