Əsas Səhifə > Hadisə > Dağlıq Qarabağda erməni hərbçiləri qəzaya düşüb, 3 nəfər ölüb

Dağlıq Qarabağda erməni hərbçiləri qəzaya düşüb, 3 nəfər ölüb


9-05-2017, 12:56


Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində baş verən yol qəzası nəticəsində 3 erməni hərbiçisi ölüb

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, Ağdərə rayonunun Mataqis kəndi yaxınlığında “Vilis" markalı avtomobil gölə düşüb.

Hadisə nəticəsində avtomobildə olan hərbçilər, 1998-ci il təvəllüdlü Ruben Barseqyan, 1997-ci il təvəllüdlü Rafael Başiryan və 1998-ci il təvəllüdlü Ruben Mnatsakanyan boğularaq ölüblər.

Rubrika.Az
Geri qayıt