Əsas Səhifə > Araşdırma > Beyləqan icra başçısı Vaqif Abdullayev qanun tanımır?
Beyləqan icra başçısı Vaqif Abdullayev qanun tanımır?9-05-2017, 13:25 |
![]() Bir müddət əvvəl redaksiyamıza icra başçısı tərəfindən döyülməsi ilə bağlı məlumat verən həmkarımız jurnalistin məlumatı dərc edildikdən dərhal sonra redaksiyamıza öyrədilmiş şəxslər tərəfindən təzyilər davam etdirilib. Dəfələrlə qaynar xəttimizə sms yazan icra başçısının sadiq adamları tərəfindən şərəf və ləyaqətin təhqir edilməsindən tutmuş icra başçısını müdafiə etmələrinə qədər. İŞİD teror təşkilatında döyüşdə övladı ölənin qanunsuzluqlarla gündəmə gələn başçını müdafiə etməsi heçdə başçının Azərbaycana deyil qeyri istiqamətlərə işlədiyindən xəbər verməkdədir. Jurnalisti döyərək Polis rəisinin gözü önündə onun şərəf və ləyaqətini alçaltması faktını inkar edən Beyləqan rayon icra hakimiyyəti məsələni ört basdır etməyə cəhd edir. Məsələyə münasibətin rəsmi bildirmək əvəzinə Beyləqan rayon İcra hakimiyyəti tərəfindən saytımızın elektron ünvanına sübutları olmayan və jurnalistə qarşı şər-böhtan dolu bir təqzibin dərc edilməsi istəyi göndərilmişdir.(bakunews)Dünya və Biz ictimai birlik tərəfindən eyni adlı saytın əməkdaşları redaksiyamızla əlaqə saxlayaraq təqzibin gəlib gəlmədiyini xəbər aldılar bizimlə əlaqə saxlayandan sonra Beyləqan rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək istəyiblər. İcra hakimiyyətinin nümayəndəsi isə Beyləqan İcra Hakimiyyətində elə bir hadisənin olmadığını və başçı ilə bağlı yazılan məlumatın həqiqət uyğunsuzluqunu ifadə edib. Məsələ ilə bağlı isə redaksiyamıza İcra başçısı Vaqif Abdulayevin Jurnalist İsmayıl Şahsevənlini RPŞ rəisinin gözünün önündə necə döyməsi faktı olan video təqdim edilib. Təqzibin dərc edilməsi üçün 01.05.2017-ci ilə saat 19:00-19:40 radələrində icra hakimiyyətinin birinci mərtəbəsində yerləşən qəbul zalının kamera görüntülərinin verilərək icra başçısının haqlı olmasını sübut edəcək dəlil olduğu İH nümayəndəsinə bildirilib. Amma İH nümayəndəsi görüntüləri verməkdən imtina edib. Dunyavebiz.az saytından redaksiyamıza verilən məlumata görə Beyləqan rayon İcra Hakimiyyəti subut və dəlilləri mediaya təqdim etməkdən imtina etdiklərini jurnalistin isə bu halda haqqlı iddiasının olmasını bildirilib. Bununla yanaşı Beyləqan ictimaiyyətinədə məlum olan bir mövzuya toxunmaq istərdik. İcra hakimiyyətinin qanunsuz olaraq harda gəldi tikintilərə səlahiyyət verməsi artıq qəbul edilməz şəhər salma qanunlarını tapdalamaqdadır. Azərbaycan Respublikasının Milli Məclisin qərarı ilə İcra Hakimiyyətlərinin şəhər salma planlaşdırması ilə bağlı 01.01. 2001-ci il tarixdə qəbul olunmuş qərarla səlahiyyətləri ləğv edilmişdir. Beyləqan rayon İcra hakimiyyətinin qonaq evinin yaxınlığlığında qanunsuz tikilinin himayədarıda məhz İcra başçısı olduğu bildirilməkdədir. Aşağıda həmin qanunsuz tikili ilə bağlı fotolarda sizlərə təqdim edirik. İcra başçısının qaldığı evin 3-4 metrliyində olan bu qanunsuz tikilini V.Abdullayev hansı məqsədlərin xidməti qarşılığında qanunları qulaq ardı edir...? Xüsusəndə yüksək gərginliyik altında olan transformatorun 1-2 metrliyində olan bu tikili icra başçısının xüsusi etimad göstərdiyi şəxsə məxsus olduğu bildirilir. Bu tikilinin təyinatının isə hətta gizli saxlanılmaqdadır. Tikintinin başlanılmasında bir çox ağacların məhv edildiyi düzünü desək yaşılığın soyqırımı həyata keçirilib. Hal-hazırda tikinti yarımçıq saxlanılsada icra başçısının göstərişi ilə yaşılıq məhv edilib yerində isə həmin bu görüntülər qalıb. Rubrika.Az Geri qayıt |