Əsas Səhifə > İstisadiyyat > Problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 10%-i ötüb
Problemli kreditlərin ümumi kredit qoyuluşlarında payı 10%-i ötüb9-05-2017, 13:42 |
![]() Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin aprel ayının 1-nə 1 mlrd. 590,3 mln. manat təşkil edib. "APA-Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya istinadən xəbər verir ki, martın 1-nə bu göstərici 1 mlrd. 556,4 mln. manat olub. Beləliklə, ay ərzində vaxtı keçmiş kreditlərin həcmi 2,16% və ya 33,9 mln. manat artıb. Martın 1-nə ümumi kredit qoyuluşlarında problemli kreditlərin payı 9,8% təşkil edibsə, aprelin 1-nə bu göstərici 10,2%-ə yüksəlib. 2016-cı ilin aprelin 1-nə qeyri-işlək kreditlərin həcmi 1 mlrd. 326,5 mln. manat, onların ümumi kredit qoyuluşlarında (19,687 mlrd. manat) payı isə 6,7% olub. Müqayisə onu deməyə əsas verir ki, problemli kreditlərin həcmi il ərzində 19,89% və ya 263,8 mln. manat artıb. Rubrika.az Geri qayıt |