Əsas Səhifə > Hadisə > Sərkisyan Moskvanı şantaj etdi: “Xeyrinizə deyil”

Sərkisyan Moskvanı şantaj etdi: “Xeyrinizə deyil”


9-05-2017, 14:10
Sərkisyan Moskvanı şantaj etdi: “Xeyrinizə deyil”

Rusiya Ermənistana əsas silah tədarükçüsüdür.

Bunu “İnterfaks” agentliyinə müsahibəsində Ermənistan Müdafiə naziri Vigen Sərkisyan söyləyib.

“Rusiyalı tədarükçülərlə işləmək bizə çox rahatdır. Bizim KTMT çərçivəsində imzalanan müqaviləmiz var. Buna əsasən silahlar daxili qiymətlərlə alınmalıdır. Ona görə də biz hər zaman seçimi Rusiya silah istehsalçılarının xeyrinə edirik.

Ermənistan ictimaiyyəti Rusiyanın Azərbaycana silah satmasına xüsusi diqqət yetirir. Hər dəfə bu silahlar veriləndə Ermənistanda ciddi emosiyalar yaradır. Biz Rusiya ilə həqiqətən müttəfiqik. Bunu hər kəs bilir. Əgər Rusiya silahı nəticəsində disbalans olarsa, bu, konfliktdə risk yaradacaq. Məncə, bu, ilk növbədə Rusiyanın əlinə işləmir”, – deyə o bildirib.

Rubrika.Az
Geri qayıt