Əsas Səhifə > Hadisə > "Rabitə işi" üzrə məhkəmə iclası təxirə salındı
"Rabitə işi" üzrə məhkəmə iclası təxirə salındı10-05-2017, 12:40 |
![]() Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə keçirilməli olan növbəti məhkəmə prosesi təxirə salınıb. Təqsirləndirilən şəxslər məhkəməyə gətirilmədiyindən proses baş tutmayıb. Xatırladaq ki, bu gün Vidadi Zeynalov ifadə verməli idi. Məhkəmə prosesi mayın 17-də davam edəcək.(musavat) Qeyd edək ki, ittihama görə, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub. Rubrika.Az Geri qayıt |