Əsas Səhifə > Dünya > Türkiyə bunu bizim xəyanətimiz hesab edir – ABŞ diplomatı

Türkiyə bunu bizim xəyanətimiz hesab edir – ABŞ diplomatı


10-05-2017, 13:52


Türkiyə ABŞ-ın YPG-yə silah verməsini özünə xəyanət kimi qəbul edir.

Axar.az “Star” portalına istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Ankaradakı keçmiş səfiri Ceyms Cefri deyib.

“Türkiyə buna cavab olaraq bölgədə ABŞ siyasətinə lazımı qədər dəstək verməyəcək. Rəsmi Ankara İŞİD-ə qarşı əməliyyatlarda istifadə olunan İncirlik bazasını ABŞ-ın üzünə bağlaya bilər. Əgər Türkiyə hava əməliyyatını dayandırsa, bu, bizi çətinə sala bilər”, - Cefri bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Suriyadakı kürdlərə iri çaplı silahların verilməsini nəzərdə tutan qərarı təsdiq edib.

rubrika.az
Geri qayıt