Əsas Səhifə > Maraqlı > Bakıda nazirin restoranı yandı - YENİLƏNİB

Bakıda nazirin restoranı yandı - YENİLƏNİB


11-05-2017, 10:29
Bakıda nazirin restoranı yandı - YENİLƏNİB

Bakının mərkəzindəki "Niaqara" restoranı yanıb.

Ötən gün axşam saatlarında baş verən yanğını söndürmək üçün əraziyə çox sayda yanğınsöndürən maşın cəlb olunub. Polis restoranın ətrafını nəzarətə götürüb, əraziyə heç kim buraxılmayıb.

***
FHN yanğınla bağlı açıqlama yayıb.

Bildirilir ki, Bakı şəhəri, Nəsimi rayonunda ümumi sahəsi 700 m2 olan ikimərtəbəli “Niaqara” şadlıq evinin damında quraşdırılmış havatəmizləyici qurğu və tüstü bacasında yağ qalıqları yanıb.

Şadlıq evi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 21.32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Qeyd edək ki, "Niaqara" restoranı, həmçinin yaxınlığında yerləşən "Ambassador" oteli və "Olimpik Star" əyləncə mərkəzi müdafiə sənayesi naziri Yavər Camalova məxsusdur.

Rubrika.az
Geri qayıt