Əsas Səhifə > Hadisə > Sumqayıtın icra başçısı Zakir Fərəcova qarşı ŞOK ittiham

Sumqayıtın icra başçısı Zakir Fərəcova qarşı ŞOK ittiham


11-05-2017, 18:46
Sumqayıtın icra başçısı Zakir Fərəcova qarşı ŞOK ittiham

Müasir Musavat partiyasının sədri Hafiz Hacıyev 14 yaşlı uşağın avtoxuliqanlıq nəticəsində bir insanın həyatına son qoymasından sonra mediada səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı qarşılanmayıb. Biznesmen Fizuli Fərəcovun 14 yaşlı oğlunun cinayətindən sonra hamı ölkədə bəzi şəxslərin övladlarının qanunlara sayğısızlığından danışır. Partiya sədri də 14 yaşlı cinayətkarın qohum olduğu icra başçısı Zakir Fərəcovun qanunsuz əməllərindən danışaraq onun Sumqayıtda etdiyi özbaşınalıqlara toxunub. Hafiz Hacıyev Zakir Fərəcovu dövlətə xəyanətdə ittiham edərək icra başçısının keçmişdə hakimiyyətə təhqirlər yağdırdığını bildirib.Partiya sədrinin fikirlərini olduğu kimi diqqətinizə çatdırırıq:

“Zakir Fərəcov Abşeronu dağıtdı, yerinə də oturub-durduğu qadını qoydu. İndi də gedib Sumqayıtı talayıb yeyir. Ona görə də belə adamların xalqa, dövlətə bir qəpiklik xeyri yoxdu. Bunlar Azərbaycan talan ediblər, ölkəni pis günə qoyublar. Necə olur ki, Dövlət Yol Polisi adi sıravi adam, müəllimi, hətta deputatı saxladıb maşından düşürə bilir, ancaq belə harınamışın qudurğan küçüyünü içəri sala bilmir. O da bundan istifadə edərək adam öldürür. Buna da haqq qazandırırlar. Facebook-da yaydığı videoda maşını qaydaları pozaraq yol hərəkətini pozaraq tərsinə sürür. Dəfələrlə ölkə prezidenti bəyan edib ki,vəzifəli şəxslərin balaları nümunəvi olmalıdır. Baxaq görək bunlar nümunəvi olurlarmı? Əksinə daha da harınlaşırlar. Bizdə güllələnmə olmadığına görə, tutub bunun da qulağını kəsmək lazımdır. Qaydaları pozub yolda sadə vətəndaşı vurub öldürürsən sonra deyirsən bunun 14 yaşı var. Bütün fotolarda qəlyan çəkir, eş-işrət içindədi.Sən bu pulları hardan almısan ki ki, belə harınnamısan. Belə mənzərələr xalqı dövlətdən narazı salır. Camahat da görür ki, harınlamış bir məmurun,iş adamının övladı qaydaları pozur, yolda adam öldürür “gözün üstündə qaşın var deyən” yoxdu, amma kasıb bir insanı hansısa bir qayda pozuntusuna görə DYP tərəfindən əzab verilir.(reallıq.info)Deməli, onlar kürəklərini kimlərəsə söykəyirlər və ondan sonra biznesə başlayırlar. Mənə o məlumat bir neçə gün əvvəl çatdırılmışdı və ona uyğun kəskin açıqlama vermişdim. O adamlar da başladılar mənə təzyiq göstərməyə, zəng vurub təhqir də elədilər. Mən çəkinəcək olsam, o nömrələri hüquq-mühafizə orqanlarına təqdim eləməliydim. Nə demişəm axı? Demişəm ki, əgər o uşaq onların qohumudursa, küçüklərini çəkib ayaqlarına bağlasınlar. Yəni bunu indi də deyirəm. O sözlərimə görə mənə şər-böhtan atmağa çalışırlar. Ancaq mən dövlətçiliyi qoruyuram, mən qardaşım İlham Əliyevin nüfuzunu xələl gətirən istənilən adamın üstünə gedəcəm.

– Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə real namizəd kimi Zakir Fərəcovun adı yaman tez-tez hallanır…

– Bu, birbaşa prezidentin qərarından asılı olan məsələdir. Şəxsən mən düşünmürəm ki, Zakir Fərəcov Bakı Şəhər İcra Hakimiyyətinə layiq bir adamdır. Bilirsiz necədir, kim-kimdir özü bilər, ancaq Bakı Şəhər İcra Hakimiyyətinin başçısı əsl türk olmalıdır. Mən bu sözləri deyirəm…. Ancaq bu etniklər Azərbaycanı aparıb “tupik”ə dirəyirlər axı…
Zakir Fərəcov vaxtilə Heydər Əliyevin ünvanına olmazın təhqirlərini yağdırırdı. Bu, nə tez yaddan çıxdı? Dədəmiz, rəhmətlik Heydər Əliyevi təhqir edənlərin hamısı gəlib vəzifələrdə oturmalıdırlar? Milləti qıcıqlandırırlar… Lakin düşünməsinlər ki, hər şey elə-belə də gedəcək… Zakir Fərəcovun hansı xidmətləri olub? Sumqayıtı nə günə qoyub? Orada insanlardan milyardlarla rüşvət alıb, işləməyə imkan vermir, sahibkarları yükləyiblər… Nə qədər şikayətlər daxil olur… Partiyamızın Sumqayıt təşkilatının sədri mənə elə məlumatlar verir ki, adamın başının tükü qalxır. Kimlərdi onlar? Onların üzündən Azərbaycan dövlətinin imici Qərbdə aşağı səviyyədədir. Məgər başqa kadrlar yoxdur? Ölkədə, YAP-da nə qədər gənc, bacarıqlı kadr var. Yaxşı, bizim partiyadan kadr götürmürsüz, YAP-dan götürün… Bu nə deməkdir? Ölkəni talayanlar bir tərəfi otlayıb qurtarır, keçirlər o biri tərəfi otlamağa… Belə şey olar? Bakını niyə bizlər idarə etməyək? Niyə bizə olmaz? Biz təmizik, millətimizi sevirik, prezidentimizi qoruyuruq, xəyanəti bacarmırıq… Ona görə bizə olmaz?

Biz dəfələrlə Sumqayıt icra başçısının özbaşınalığından və Dövlətə xəyanətindən bəhs etmişik. Zakir Fərəcovun Sumqayıtda talançı əməllərini günü-gündən genişləndirməsi etirazlara səbəb olmaqdadır. Eldar Mahmudov və Akif Çovdarovun yaxın dostu olan bu məmur cinayət törətməkdən qorxmamaqla yanaşı ölkənin qanunlarına sayğısızlıq edir və insanların etirazına zor gücü ilə cavab vernməkdən çəkinmir. Zakir Fərəcovun kürəkəni isə İsveçrə kimi dövlətdə Azərbaycanın səlahiyyətli səfiri vəzifəsini tutur. Demokratiya düşməni olan məmurun kürəkəni Əkrəm Zeynallının İsveçrədə fəaliyyət göstərməsi qınanmalı və qəbul edilməməlidir.
İkram Rəhimov
Geri qayıt