Əsas Səhifə > Hadisə > Moskva niyə bu qədər narahatdır?
Moskva niyə bu qədər narahatdır?12-05-2017, 11:10 |
|
Rusiyanın Ermənistandakı hərbi bazalarını genişləndirməsi birbaşa Azərbaycana qarşı yönəlməsə də, hər halda, səbəbiz deyil. Bu sözləri açıqlamasında keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloqun sözlərinə görə, Rusiya belə bir gərgin geosiyasi vəziyyətdə Ermənistandakı bazalarından imtina etməyəcək:(axar.az) “Əksinə, Moskva Gümrüdəki 102-ci bazanı təkmilləşdirməklə, briqadanı yeni silahlarla təmin etməklə regionda öz liderliyini qorumağa, xüsusilə də əhatə dairəsini genişləndirməyə çalışır. Rusiya bununla da bir sıra dövlətlərə təzyiqlərdən çəkinmədiyini ortaya qoyur. Burada söhbət ilk növbədə Gürcüstandan gedir. Türkiyəyə gəlincə isə, düzdür, yaxın münasibətlər var, ancaq Türkiyə və Rusiyanın qardaş dövlət olduğunu söyləmək olmaz. Rusiyanın Ermənistandakı hərbi bazalarını genişləndirməsi birbaşa Azərbaycana qarşı yönəlməsə də, hər halda, səbəbiz deyil. Faktdır ki, Azərbaycanın güclənməsi və regionda aparıcı rol oynaması müəyyən dairələri nəinki narahat edir, hətta qorxudur. Görünür, məhz bu səbəblər Rusiyanı belə bir addım atmağa vadar edib”. Rubrika.az Geri qayıt |