Əsas Səhifə > Hadisə > Qara dəniz üzərində Rusiya və ABŞ təyyarələri arasında təhlükəli yaxınlaşma
Qara dəniz üzərində Rusiya və ABŞ təyyarələri arasında təhlükəli yaxınlaşma12-05-2017, 19:53 |
![]() Rusiya Müdafiə Nazirliyi Su-30 qırıcı təyyarəsinin Qara dənizdə üzərində uçan “P-8 Poseidon” markalı ABŞ kəşfiyyatçı təyyarəsini ələ keçirməsi barədə məlumat yayıb. Rubrika.az Avropa.info-ya istinadən xəbər verir ki, 9 mayda Rusiya HHM sistemi ölkə sərhədlərinə yaxınlaşan təyyarəni qeydə alıblar. Təyyarənin ələ keçirilməsi üçün havaya Su-30 təyyarəsi qaldırılıb. Su-30 amerikan təyyarəsinə yaxınlaşdıqdan sonra o, marşrutunu dəyişdikdən sonra Rusiya sərhədlərindən uzaqlaşıb. ABŞ-ın NBC News kanalı ABŞ HHQ-nin Avropa mətbuat katibi Pamela Kuntsa istinadən bildirmişdi ki, rus təyyarəsi “P-8A Poseidon”nun 6 metr yaxınlığında uçub. Rubrika.Az Geri qayıt |