Əsas Səhifə > Hadisə > Azərbaycanın ən böyük bankı batdı – Borcunu dövlət ödəyəcək

Azərbaycanın ən böyük bankı batdı – Borcunu dövlət ödəyəcək


15-05-2017, 07:38
Azərbaycanın ən böyük bankı batdı – Borcunu dövlət ödəyəcək

Azərbaycan Beynəlxalq Bankı valyuta ilə olan milyardlarla dollarlıq xarici borcunu ödəməyi dayandırıb və borcların restrukturizasiyasını, yaxud dövlətə yüklənməsi prosesini başlatdığını elan edib.

Bankın bu bəyanatı Qərb maliyyə dairələrində ciddi rezonans doğurub və Azərbaycanın beynəlxalq maliyyə bazarlarına buraxdığı borc sənədlərini dəyərdən salıb.

Azərbaycan Beynəlxalq Bankı ötən gün restrukturizasiya planını elan edərək bildirib ki, kreditorlarla razılaşdırılacağı təqdirdə bankın 3.3 milyard dollarlıq xarici borcu dövlət borcu kimi yenidən rəsmiləşdiriləcək.(vrtualaz) Habelə bank xarici borclar üzrə faiz ödəmələrini dayandırdığını elan edib və restrukturizasiya prosesində müflisləşmə prosedurunu başlatmaq üçün ABŞ-ın yuridikasiyası altına sığınıb. “Bloomberg” xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı bir gün əvvəl Nyu-Yorkun Manhetten Federal Məhkəməsinə müflisləşmə ilə bağlı ərizə təqdim edib.

Rubrika.az
Geri qayıt