Əsas Səhifə > Hadisə > Olimpiya çempionumuz İslamiadaya qələbə ilə başladı
Olimpiya çempionumuz İslamiadaya qələbə ilə başladı17-05-2017, 14:05 |
![]() Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir. +87 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016 Olimpiya Oyunlarının qızıl mükafatçısı, dünya çempionu Radik İsayev 1/4 finalda Pakistan idmançısı Şah Adillə döyüşüb. Rəqibi üzərində tam qələbə qazanan təmsilçimiz R.İsayev yarımfinala vəsiqə qazanıb - 34:8. (Trend) Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir. Rubrika.Az Geri qayıt |