Əsas Səhifə > Hadisə > Abşeron sakininə qarşı 620 min dollarlıq dələduzluq edilib
Abşeron sakininə qarşı 620 min dollarlıq dələduzluq edilib19-05-2017, 10:35 |
![]() Abşeron sakininə qarşı 620 min dollarlıq dələduzluq edilib. Dələduzluqla üzləşmiş Abşeron rayon sakini, 1968-ci il təvəllüdlü Elxan Rafiq oğlu Muradov bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. E.Muradov bildirib ki, Abşeron rayon sakini 1967-ci il təvəllüdlü İlham Kərim oğlu Xıdırov onu aldadaraq 620 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb.(report) Onun sözlərinə görə, İ.Xıdırov pulu 2014-cü ilin dekabr ayından 2016-cı ilin yanvar ayınadək olan müddətdə alıb. Faktla bağlı araşdırma aparılır. RUBRİKA.AZ Geri qayıt |