Əsas Səhifə > Hadisə > Sahibkar “Torqovı”dakı məşhur kafeni məhkəməyə verdi

Sahibkar “Torqovı”dakı məşhur kafeni məhkəməyə verdi


20-05-2017, 12:50
Sahibkar “Torqovı”dakı məşhur kafeni məhkəməyə verdi

Bakının mərkəzində-“Torqovı”da yerləşən “Travelers Coffee” kafesi məhkəməyə verilib.

Kafenin yerləşdiyi obyektin sahibi Vaqif Məmmədov Səbail Rayon Məhkəməsinə müraciət edərək “Travelers Coffee Limited” şirkətinin Azərbaycandakı filialına qarşı iddia irəli sürüb.

Sahibkar V.Məmmədov kafe rəhbərliyinin icarə haqqını ödəmədiyini bildirib və yığılan icarə haqlarının ödənilməsini tələb edib.(qafqazinfo)

Səbail Rayon Məhkəməsi V.Məmmədovu iddiasını qismən təmin edib. “Travelers Coffee” qərardan apelyasiya şikayəti verib.

İş icraata götürülüb və proses Bakı Apelyasiya Məhkəməsinin hakimi Vüqar Həsənovun sədrliyi ilə mayın 23-də davam etdiriləcək.

Rubrika.Az
Geri qayıt