Əsas Səhifə > Şou Biznes > 38 yaşlı aparıcı: “Valideynləri “yaşın çoxdur” deyib, qızı mənə vermədi”
38 yaşlı aparıcı: “Valideynləri “yaşın çoxdur” deyib, qızı mənə vermədi”22-05-2017, 07:57 |
![]() Teleaparıcı Şəhriyar Əbilov şəxsi həyatından danışıb. Musavat.com saytına açıqlama verən 38 yaşlı aparıcı "Bu yaxınlarda subaylığın daşını atmaq istəyirdim. Qızı bacımın xınayaxdısında görüb, bəyənmişdim. Afaq Gəncəli, Oksana Rəsulova, Nərgiz Vahabqızı da görüb, bəyəndi. Mənə ərkiyanə dedilər ki: "Adə, gül kimi qızdır, evlən də. Özün nəyə oxşayırsan? Heç kimi də bəyənmirsən". Amma qızdan xoşum gəlsə də, mənə valideynləri məlumat göndərdilər ki, yaşınız çoxdur. Xanımın 21 yaşı var. Deməli, qismət deyilmiş. Evlənməyə, can atsam da, nəticəsi belə olur. Artıq bu evlənmək cəhdlərimin sayı-hesabı yoxdur". Aparıcı bəyəndiyi xanım tipindən də bəhs edib: “ Könül sevən göyçək olar. Amma hər kəsin bir zövqü var. Mən istəyirəm ki, xanımım hündürboy, baxımlı və ağıllı olsun. Həddini bilsin. Amma bəzən istədiyim kreteriyada olmayan xanım qarşıma çıxır, amma mənə uyğun olduğunu düşünürəm. Bəzən isə istədiyim kimi xanımla rastlaşıram, amma mənə uyğun olmayan keyfiyyətləri olur. Şəhriyar yeni çəkiləcəyi serialdan da danışıb: “ “Xəzər” televiziyasında yayımlanacaq. Orada əkiz qardaşı oynayacağam. Maraqlı iş gəlir. Ətraflı məlumat tezliklə mıtbuata veriləcək”. Rubrika.Az Geri qayıt |