Əsas Səhifə > İdman > Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunlarını bağlı elan edib
Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunlarını bağlı elan edib23-05-2017, 10:02 |
![]() “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində “Bakı 2"Report"un məlumatına görə, o, tamaşaçıları və idmançıları salamlayıb. 017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva çıxış edib. Müstəqil Azərbaycanın növbəti beynəlxalq qələbəsi – IV İslam Həmrəyliyi Oyunlarının başa çatması münasibətilə hamını təbrik edən və təşəkkürünü bildirən Mehriban Əliyeva deyib: "Son 10 gün ərzində İslam aləminin idmançıları idman, dostluq və birliyin möhtəşəm təntənəsi çərçivəsində bir araya gəldilər. Onların mübarizliyi və fədakarlığı həqiqətən valehedici oldu. Onların çıxışlarını seyr etmək böyük hisslər yaratdı". İdmançıları nailiyyətləri münasibətilə təbrik edən və İslam aləminin tamaşaçılarına verdiyi sevincə görə onlara təşəkkürünü çatdıran Təşkilat Komitəsinin sədri ümidvar olduğunu bildirib ki, atletlər Bakıdan bütün həyatları boyu unutmayacaqları ən xoş xatirələrlə ayrılacaqlar. Azərbaycan komandasının ümumilikdə 162, o cümlədən 75 qızıl medal qazanaraq, medallar cədvəlində birinci yer tutaraq, xalqımızı bir daha fərəhləndirdiyini vurğulayan Mehriban Əliyeva idmançılarımıza müraciətlə deyib ki, onların fədakarlığı və ustalığı həmvətənlərimizi ilhamlandırır və gələcək nəslə ən parlaq nümunə kimi xidmət edəcək. “Lakin son 10 gün ərzində burada, Bakıda bizim üçün və hamı üçün əsl qələbə bu Oyunlarda gördüyümüz İslam aləminin həmrəyliyi oldu. Olduqca fərəhləndiricidir ki, Azərbaycan xalqlar arasında dostluq ruhuna dəstək verdi. Biz hamımız gələcəkdə bu ülvi missiyanın davam etdirilməsi üçün yorulmadan çalışmalıyıq”, - deyə Birinci vitse-prezident bildirir. Oyunların uğurlu olmasında könüllülərin böyük rolunu qeyd edən Mehriban Əliyeva onları İslamiadanın geniş qəlbi adlandırır və gördükləri işlərə görə hər birinə minnətdarlığını ifadə edir. “Mən məmnuniyyətlə elan edirəm ki, növbəti İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək. Biz türk qardaş və bacılarımıza böyük müvəffəqiyyətlər arzulayırıq”, - deyən Təşkilat Komitəsinin sədri dördüncü Bakı İslam Həmrəyliyi Oyunlarını bağlı elan edib. Daha sonra İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar çıxış edib. **** IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində möhtəşəm şou nümayiş etdirilib. APA-nın məlumatına görə, "Qarabağ" şikəstəsi altında səhnədə Günəş qalxıb və səhnə üzərində hərəkət edib. Onun fırlanan 60 paneli qızılı şüanı göstərmək üçün hava hərəkəti ustaları tərəfindən hərəkətə gətirilib. Günəşin şüası aşağıda tamaşaya start verib. Kitab formasında bir-biri ilə birləşdirilmiş 1000-dən artıq əlvan üçbucaq iki böyük altıbucaq formalaşdırıb Bu cür kitabın səhifələri “şəbəkə” sənətindən ilhamlanaraq, maraqlı naxışları yaratmaq üçün 110 səhnə iştirakçısı tərəfindən vərəqlənəib. Günəş oturduğu zaman, həmin kitablar açılaraq, göy işıq saçacaq və qaldırılaraq, Xəzərin gözəl 3 ölçülü formasını yaradıb. Gülarə Əliyeva “Şur fantaziyası” ifa etməyə başlayan zaman ekranda Bakı bulvarının gündəlik əyləncəli həyatından səhnələri görünüb. İnsanlar çərpələng və hava şarları ilə oynayıblar. Digərləri şahmat oyunu ilə məşğuldur və ya küləyin əllərindən qoparmış qəzetlərin arxasınca qaçıblar. Səhnəyə külək turbinləri və flügerlər gətirildikdən sonra həmin əşyalar küləyin hesabına hərəkətə gəlib. Bütün rekvizit və kostyumlar giləvarı əks etdirən dalğavari naxışlarla bəzədilib. Səhnə iştirakçıları “Yallı” getdiyi zaman buludlar qalxacaq. 1000-dən artıq hava şarı və həyatın ağacının minlərlə yarpağı giləvarla gecə səmasına qaldırılıb. Natiq Şirinovun “Qarabağ” mahnısını ifa etməyə başlaması ilə səhnədə işıq saçan aypara qalxıb və səhnə üzərində hərəkət edib. Aktyorlar qlobusu saxlayan əlləri sülh rəmzi olan göyərçini formalaşdırıb. Sonra aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında mövcud olan və alov mənasını daşıyan qədim badamvari naxış olan buta fiqurlarını yaradıblarr. Döşəmənin üzərində olan proyeksiyalar aktyorların yaratdığı fiqurlara uyğun verilib. Nəhayət, aypara səhnənin mərkəzinə doğru hərəkət edib, səhnə iştirakçıları aypara formalaşdırmaq üçün 750-dən artıq alovu yandıblar. Stadionun damında isə atəşfəşanlıq başlayıb. Oyunların uğurla keçirilməsini mümkün edən 6000 könüllünün verdiyi böyük töhfəni təsvir edən videoçarx nümayiş olunub. Könüllülərə minnətdarlığın bildirilməsi haqqında videoçarx stadion ekranlarında göstərildiyi zaman Azad Vəliyevin “Yeni Gün” mahnısı dinlənilib. **** “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının milli bayraqları idmançılar tərəfindən Olimpiya stadionuna gətirilib. Atletlərin paradı başlayıb, ev sahibi olan Azərbaycanın idmançıları stadiona axırıncı giriblər. Yarışlarda iştirak edən ölkələrin bayraqları dirəklərdə yan-yana dalğalanıb. Bayraqlar gətirildiyi zaman “Amarok” qrupunun ifasında “Naxçıvan halayi” səsləndirilib. Həyat ağacına su verilib və onun kökləri səhnədə çıxmağa başlayıb. Aktyorlar qrupu (hər biri 7 x 1.35 metr ölçüdə olan) üç rəngdə - yaşıl, qəhvəyi və göy rəngdə 60 ipək zolağını gətirib. Quşlar onların başları üzərində uçduğu zaman, ipək zolaqlar gözəl mənzərəni yaratmaq üçün birləşdirilib. Yaşıl meşələri, qəhvəyi dağları, göy isə Azərbaycanın çaylarını əks etdirib. İpək zolaqlar Azərbaycan Respublikasının bayrağını əks etdirmək üçün çevrilib, “Amarok” – “İncilər” mahnısını ifa edib. Son 10 günün idman yarışları stadion ekranlarında nümayiş etdirilib, Avroviziya Mahnı Müsabiqəsi 2015 üçün təqdim etdiyi mahnı - Elnurun ifasında “Hour of the Wolf” səslənib. Rubrika.Az Geri qayıt |