Əsas Səhifə > İdman > Bu gün futbol üzrə Avropa Liqasının qalibi müəyyənləşəcək
Bu gün futbol üzrə Avropa Liqasının qalibi müəyyənləşəcək24-05-2017, 11:10 |
![]() Bu gün futbol üzrə Avropa Liqasının qalibi müəyyənləşəcək. İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək final matçında İngiltərənin "Mançester Yunayted" və Hollandiyanın "Ayaks" komandaları üz-üzə gələcək. Amsterdam təmsilçisi son 21 ildə ilk dəfə avrokubokların həlledici oyununa çıxacaq. Ümumilikdə isə iki komanda finallarda üst-üstə 16 dəfə iştirak edib. "Ayaks" 7 dəfə kuboka yiyələnibsə, "Mançester Yunayted"də bu göstərici 4 olub. "Qırmızı şeytanlar" bu dəfə qalib gəlsələr, ilk dəfə Avroliqanın baş mükafatını qazanacaqlar. Eyni zamanda bu komanda bütün 3 Avropa kubokuna - Çempionlar Kuboku (hazırkı Çempionlar Liqası), UEFA Kuboku (Avropa Liqası) və hazırda mövcud olmayan Kuboklar Kubokuna yiyələnən 5-ci komanda sayılacaqlar. Əvvəllər bu, 4 kluba nəsib olub ki, onlardan biri də "Ayaks"dır.(report) Qeyd edək ki, bugünkü oyun Mançesterdə törədilmiş terror aktı qurbanlarının xatirəsinin anımı məqsədilə 1 dəqiqəlik sükutla başlanacaq. Avropa Liqası Final 22:45. "Ayaks" (Hollandiya) - "Mançester Yunayted" (İngiltərə) Baş hakim: Damir Skomina (Sloveniya) Stokholm, "Friends Arena" Rubrika.Az Geri qayıt |