Əsas Səhifə > Hadisə > Sürücülərin nəzərinə: “Azneft” dairəsi bağlandı
Sürücülərin nəzərinə: “Azneft” dairəsi bağlandı24-05-2017, 12:48 |
![]() Azərbaycanda “Formula 1” yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisi ilə əlaqədar şəhər sakinlərinə müraciət edib. Müraciətdə bildirilir ki, bu gün gecə saatlarına qədər “Azneft” dairəsi ətrafında yarışa hazırlıqla bağlı tikinti-quraşdırma işləri aparılacaq. Bu səbəbdən həmin ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. Rubrika.Az Geri qayıt |