Əsas Səhifə > Hadisə > Yığmamız Avropa çempionatının hazırlığına başlayır

Yığmamız Avropa çempionatının hazırlığına başlayır


24-05-2017, 19:55
Yığmamız Avropa çempionatının hazırlığına başlayır

Sabah kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına start veriləcək. Boks Federasiyasından verilən məlumata görə, hazırlıq iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatına hesablanıb.(apasport)

Boks Mərkəzində gündə 2 dəfə olacaq məşqlərdə 25 boksçu iştirak edəcək. Bakıda başlayacaq toplanış iyunun 3-də yekunlaşacaq. Ardınca millinin heyəti dəqiqləşəcək və komanda iyunun 4-də Ukraynaya yola düşəcək.

Boksçularımız Avropa çempionatına hazırlığı yarışa ev sahibliyi edəcək Xarkovda başa vuracaq.

Rubrika.Az
Geri qayıt