Əsas Səhifə > İstisadiyyat > "Moody's": Azərbaycan iqtisadiyyatı gələn il 1,8% artacaq

"Moody's": Azərbaycan iqtisadiyyatı gələn il 1,8% artacaq


25-05-2017, 12:21
"Moody's": Azərbaycan iqtisadiyyatı gələn il 1,8% artacaq


Bu il Azərbaycanda iqtisadi inkişaf tempinin mənfi 1%, gələn il isə müsbət 1,8% olacağı gözlənilir.

Bunu "Moody's" reytinq agentliyinin MDB ölkələri üzrə bank analitiki Pyotr Paxin deyib.

P.Paxinin sözlərinə görə, Azərbaycan hökunəti sərt fiskal siyasəti yumşalda bilər: "Əgər neft 50 dollardan baha olarsa, hökumət sərt fiskal siyasəti yumşalda bilər. Bu da ÜDM-in artmasına kömək edəcək".

"Moody's" analitiki hökumətin bank sektoruna da ciddi yardım göstərdiyini qeyd edib: "2015-2016-cı illərdə hökumət ÜDM-in 18%-i həcmində bank sektoruna yardım edib. Əsas yardım da Azərbaycan Beynəlxalq Bankına edilib".

Rubrika.Az
Geri qayıt