Əsas Səhifə > Cəmiyyət > Ermənilər müharibəni alovlandırır: Mərcanlı yandırıldı, Xocalı aeroportu isə - Gəlişmə
Ermənilər müharibəni alovlandırır: Mərcanlı yandırıldı, Xocalı aeroportu isə - Gəlişmə26-05-2017, 11:44 |
![]() Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərində yanğınlar törətməkdə davam edir Cəbrayıl rayonunun işğal altında olan Böyük Mərcanlı kəndində böyük yanğınlar müşahidə olunub. Yanğın geniş ərazini əhatə edib. Küləkli hava yanğının daha da genişlənməsinə şərait yaradıb. Düşmənin növbəti təxribatı isə Xocalıda həmin aerportu qurarkən başlıca məqsədi bu şəhəri erməniləşdirmək və buranı mühüm bir dayaq yerinə çevirmək olub. İndi də Qarabağda ekstrim, macəra axtaran insanların vasitəsilə düşmən ölkə təyyarələrin uçuşunu həyata keçirmək istəyir. Sonradan bu hava limanının başqa məqsədlər üçün istifadəsi istisna deyil.(ulus) Bir sözlə, düşmən açıq-aşkar Azərbaycanı provakasiyaya çəkmək istəyir. Ermənistan müharibəni səngərlərdən hava məkanına qaldırmaq arzusundadır. Artıq hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupuna müraciət edib. Hesab edirəm ki, Sarkisyan Azərbaycanı beynəlxalq məkanda təzyiqə məruz qoymaq üçün bu addımlara əl atır. Azərbaycan qırıcı təyyarələr vasitəsilə müəyyən məsafələr manevr etməklə düşmən təyyarələrini yerə endirilməsi xəbərdarlığını etməlidir. O cümlədən Azərbaycan atəş açsa belə, hədəfi vurmamalıdır. Sadəcə onlarda qorxu yaratmalıdır. Onlara göstərməlidir ki, bizim hava məkanımızı da işğal etmək sizə o qədər də asan olmayacaq. Azərbaycanın bu məsələyə ona görə ciddi reaksiya verir ki, Xocalı hava limanın işə salınması ilə düşmən ölkənin Qarabağ məkanına beynəlxalq məkandan dəhliz açması mümkünsüz olsun. Son günlər Xocalı hava limanından guya turizm səyahətləri adı altında Ermənistan uçuşlar həyata keçirmək istəməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Məlumatlarda bildirilir ki, "Yell Extreme Park" layihəsi Dağlıq Qarabağ ərazisində iki yerlik təyyarələrdə turist uçuşlarına başlayıb. İddia olunur ki, ilk uçuşlar keçən həftədən Xankəndi və Şuşa arasında təşkil edilir. 20-25 dəqiqə çəkən uçuşlar üçün şirkətin 35 min dram, yəni 72,4 dollar tələb etdiyi vurğulanır. Ermənistan tərəfinin Şuşada aeroport açması və uçuşlar təşkil etməsi Azərbaycanda ciddi etirazla qarşılanıb. Azərbaycan XİN artıq bu barədə də məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Azərbaycan tərəfinin kontur tədbirlər imkanları böyükdür. Bu yöndə məlumatlandırma, dünya informasiya vasitələri ilə işləmək lazımdır. Ən əsası Hava Qüvvələrimizə qeyd olunan istiqamətdə tapşırıqlar verilə bilər. Rubrika.Az Geri qayıt |