Əsas Səhifə > Tənqid > Gənc ananı öldürən milyonçu balasının qohumunun "ETIRAFI" - "Brat, bizə icazə var"

Gənc ananı öldürən milyonçu balasının qohumunun "ETIRAFI" - "Brat, bizə icazə var"


26-05-2017, 12:24
Gənc ananı öldürən milyonçu balasının qohumunun "ETIRAFI" - "Brat, bizə icazə var"

Mayın əvvəlində idarə etdiyi "Porsche" markalı avtomobillə iki uşaq anası Xəyalə Məmmədovanı vurub öldürdükdən sonra hadisə yerindən qaçan 14 yaşlı Ağəli Fərəcovun qohumu da qudurğanlığı ilə diqqət çəkib.

Ağəli Fərəcov həmin nəsildən çıxan son cinayətkar olmayacaq. Avtosfer.az-ın yaydığı şəkildəki Qulubəyli Turan Ağəli Fərəcovun, yəni, qadını öldürən 14 yaşlı gəncin xalası oğludur.

"İnstagram" hesabında paylaşdığı videolardan görünür ki, bu gənc də doğru yolda deyil. Məlum olduğu kimi, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sarı xətt zolağından istifadə etmək hüququ yalnız və yalnız "Bakı-2017"-ə aidiyyatı olan nəqliyyat vasitələrinə verilib.

Digər avtomobillərin həmin zolaqla hərəkət etməsi qadağandır və cəriməsi 40 manatdır. Ancaq Turan üçün tətbiq edilən qanunun heç bir əhəmiyyəti yoxdur.

Digər maşınlar tıxacda gözlədiyi halda, bu cavan oğlan sarı xətlə hərəkət edir. Şərh bölməsində "40 manat getdi" yazanlara isə belə cavab verir: "Brat, bizə icazə var".

Görəsən, ona bu icazəni kim verib? Hər kəs, hətta dövlət idarələrində çalışanlar belə tıxacda gözləyirsə, Qulubəyliyə bu hüququ tanıyan kimlərdir?

Onu "canlı bomba" da adlandırmaq olar. Növbəti videosunda idarə etdiyi avtomobillə qoşa xətti tapdayalan Turan, qarşıdan gələn maşının yoluna çıxaraq avtoqəza şəraiti yaradır.

Bəhs etdiyimiz videonun şərh bölməsinə yazılan "protiv Turan sizə deyirlər?" sualına isə "həri, brat" cavabını verir. Yəni, özü də qanunu pozduğunu etiraf edir.

Sadaladığımız təkcə bu iki fakt onun xalası oğlu qədər təhlükəli olmasından xəbər verir. Ağəlinin törətdiyi qəzadan nəticə çıxartmayan, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında çalışan bu gəncin ölən qadının dəfnindən 40 gün keçməmiş bu hərəkəti ağılasığmazdır.

Bakıda 14 yaşlı biznesmen oğlu Ağaəli Fərəcovun "Porche” ilə 24 yaşlı Xəyalə Məmmədovanı vurub öldürməsindən sonra hələ də azadlıqda gəzir.

Bakıdakı məmur övladları özlərini məhz bu təbəqəyə aid edirlər. Onlar hər biri ən azı 50-60 min manatlıq lüks avtomobilləri sürür, yolda olanda kimsəni veclərinə almır, özlərini əhalinin tam əksəriyyətindən dəfələrlə üstün sayırlar.(ulus)

Gecənin bir aləmində Bakı yollarının drift və "strit-reysinq" arenalarına döndərən, "Kimin maşını daha sürətlidir, kim daha usta sürücüdür?" suallarına cavab arayaraq avtomobillərini çox böyük sürətlə sürən, şütüyən bu gənclərin təşəxxüsü özlərindən dəfələrlə böyükdür.

Ümumiyyətlə, ya yeniyetmə, ya atası ağır şəkildə cəzalanmalıdır və cəmiyyətə bir nümunə göstərilməlidir. Bunun əksi arxayınlıq yaradır və məmur övlalarının, milyonçu uşaqlarının kasıb insanları vurub öldürməsi adi hala çevrilir.

Rubrika.Az
Geri qayıt