Əsas Səhifə > Hadisə > AXCP sədrinin xanım müavininə cinayət işi açıldı

AXCP sədrinin xanım müavininə cinayət işi açıldı


27-05-2017, 10:17
AXCP sədrinin xanım müavininə cinayət işi açıldı

AXCP sədrinin müavini, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gözəl Bayramlı mayın 25-də Gürcüstandan geri dönərkən Qazax Gömrük Məntəqəsində saxlanılıb. AXCP sədrinin müavini barəsində cinayət işi açılıb. O, Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur.

Dövlət Sərhəd Xidməti (DSX) G.Bayramlının saxlanılması haqqında məlumat yayıb.

DSX-nin mətbuat mərkəzindən verilən məlumatda bildirilir ki, 25 may 2017-ci il tarixdə saat 22:00 radələrində Azərbaycan Respublikasının vətəndaşı Bayramova Gözəl Oruc qızı Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb.

“Gözəl Bayramova özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.(APA)

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırmalarla Gözəl Bayramovanın 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir", - deyə məlumatda bildirilib.

G.Bayramlının vəkili Elçin Sadıqov əvvəlcə onun Şəmkirdə olduğunu və mayın 26-da saat 15:00 radələrində DSK əməkdaşlarının nəzarəti altında Bakıya gətiriləcəyini desə də, AXCP sədrinin müavini saat 17:00 radələrində Dövlət Sərhəd Xidmətinə gətirilib. AXCP və Milli Şuranın, digər siyasi qurumların tərəfdarları DSX-nin qabağına toplaşıblar. G.Bayramlı saatlarla orada saxlanılıb, qəzetimiz çapa gedərkən onun barəsində hələ yekun qərar verilməmişdi. Amma barəsində cinayət işi qaldırıldığına görə məhkəmə önünə çıxarılacağı bildirilirdi.
G.Bayramlının funksioneri olduğu Milli Şura və AXCP həbsdə siyasi motivin olduğunu bildirir.

Rubrika.Az
Geri qayıt