Əsas Səhifə > Qanun > Trampın Azərbaycana dəstəyi Kremllə əlaqələri kəskinləşdirə bilər

Trampın Azərbaycana dəstəyi Kremllə əlaqələri kəskinləşdirə bilər


29-05-2017, 09:23
Trampın Azərbaycana dəstəyi Kremllə əlaqələri kəskinləşdirə bilər

ABŞ Azərbaycan Prezidentini fəal tərəfdaş elan etdi və onunla daha gözəl gələcək naminə birgə fəaliyyət yürüdəcəyini rəsmən açıqladı

Azərbaycanla münasibətlərə gəldikdə isə Donald Trampın prezidentliyə başlamasından sonra rəsmi Bakı ilə Ağ ev arasında yüksək səviyyəli təmas olmayıb.

Siyasi dairələrdə və kütləvi informasiya vasitələrində iki ölkənin münasibətlərinin gələcək inkişafı ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, Prezident Donald Trampın Respublika Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubu bütün suallara nöqtə qoydu.

Çünki bu məktub göstərdi ki, Azərbaycanla əlaqələri yüksək qiymətləndirən ABŞ-ın yeni Prezidenti münasibətlərin daha da inkişafının tərəfdarıdır.

Göründüyü kimi, ABŞ-ın xarici siyasətində bir sıra məsələlərlə bağlı rəhbərliyə başladığı ilk günlərindən kardinal dəyişikliklər edən Ağ evin yeni sahibi Azərbaycanla əvvəlki dönəmdə formalaşmış əməkdaşlıqdan təkcə məmnunluğunu ifadə etməklə kifayətlənmir. Həm də əlaqələrin inkişafından söz açır.

Bu da səbəbsiz deyil. Çünki ABŞ-ın yeni rəhbərliyi bu gün Azərbaycanın Cənubi Qafqazın lider dövləti olduğunu qəbul edir, olduqca strateji və beynəlxalq maraqların toqquşduğu bir coğrafiyada yerləşən ölkəmizin yeritdiyi müstəqil siyasəti görür.(ulus)

Trampın Əliyevə açıq dəstəyi Putini qıcıqlandıra bilər.

Rusiya ilə münasibətlərin gərgin dövründə ABŞ prezidentinin Azərbaycana açıq ismarışı Kremllə əlaqələri kəskinləşdirə bilər.

Donald Trampın rəhbərliyi ilə yeni ABŞ administrasiyası da sələfi kimi həm də onu qəbul edir ki, bu ərazilərdə iqtisadi maraqları olan dövlətlər özlərinin bütün addımlarını Azərbaycanın maraqlarını nəzərə almaq şərti ilə atırlar.

Beləliklə, Birləşmiş Ştatların yeni Prezidentinin Azərbaycana bir qədər fərqli, daha dəqiq desək, strateji tərəfdaşlıq prizmasından yanaşması bir daha Azərbaycanın bölgədəki üstün mövqeyini təsdiq edir.

Qeyd edək ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyə başlamasından sonra həyata keçirilən iqtisadi islahatlar və qazanılan uğurlar bir çox dövlətlərin diqqətini cəlb edib.

Prezident İlham Əliyev neft gəlirlərindən səmərəli istifadə etməklə Azərbaycan iqtisadiyyatını inkişaf yoluna çıxarıb.

Və indi də davam edən islahatlar öz nəticəsini verməkdədir. İqtisadi və sosial sferada əldə olunan uğurlar həm ölkəmizin enerji siyasətinin təntənəsi, həm də düşünülmüş iqtisadi siyasətin nəticəsidir. ABŞ isə Azərbaycanın enerji sahəsində əsas tərəfdaşlarından biridir.

Məktubunda bu sahədəki əməkdaşlığa görə ölkəmizin başçısına minnətdarlığını ifadə edən, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində işləri qiymətləndirən Donald Tramp həm də daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləmək arzusunda olduğunu bildirir.

Rubrika.Az
Geri qayıt