Əsas Səhifə > Hadisə > Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə
Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə2-06-2017, 12:22 |
![]() “Akademik və iş həyatında bir addım öndə” UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən musavat.com-a verilən məlumata görə, UNEC-dən Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi haqqında 10 mühüm fakt: Beynəlxalq standartlara uyğun 4 dildə təhsil; Cəmi bir il aktiv dərs; Tədqiqat yönümlü tədris; Akademik karyera üçün güclü baza; İş dünyasının tələblərinə müvafiq təhsil; Dünyanın ən nüfuzlu universitet (ABŞ-ın Massaçusets Texnologiya İnstitutu (MIT), Harvard, Oxford, London İqtisadiyyat Məktəbi, Stanford, Stirlinq, Qlazqo, Uorvik, Kardif, Siegen, Boğaziçi Ankara Universitetləri) məzunlarından ibarət akademik heyət; İtaliya, Litva, Türkiyə universitetləri ilə ikili diplom proqramları; 60-a yaxın xarici universitetlə akademik mübadilə, yay və qış məktəblərində iştirak imkanı; Beynəlxalq konfrans, simpozium və elmi jurnallarla yaxından əməkdaşlıq; Beynəlxalq şirkətlərdə iş təcrübəsi. Rubrika.Az Geri qayıt |