Əsas Səhifə > İdman > Arda Turan milli yığma karyerasını bitirdiyini açıqladı

Arda Turan milli yığma karyerasını bitirdiyini açıqladı


6-06-2017, 17:43
Arda Turan milli yığma karyerasını bitirdiyini açıqladı

Türkiyə millisi və Barselona klubunun yarımmüdafiəçisi Arda Turan milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.

Türkiyə mediasına istinadən xəbər verir ki, Arda Turan bu gün jurnalist Bilal Meşeyə təyyarədə hücum etməsi ilə bağlı yaranan qalmaqaldan sonra bu qərarı verdiyini bildirib.

Arda Turan bu günkü mətbuat konfransında etdiyi əməldən peşman olmadığını da açıqlayıb. O, özünü quş kimi yüngül hiss etdiyini söyləyib.

Xatırladaq ki, Arda bu gün "Milliyet" qəzetinin yazarı Bilal Meşeyə milli komandanın olduğu təyyarədə hücum çəkərək, onu ağır sözlərlə təhqir edib, habelə onun boğazından yapışıb.

Bilal Meşe mətbuata verdiyi açıqlamda Arda haqqında xüsusi ittiham qaydasında şikayət verəcəyini açıqlayıb.

Qeyd edək ki, Bilal Meşenin çalışdığı "Milliyet" qəzetinin sahibi Türkiyə Futbol Federasiyasının prezdienti Yıldırım Demirörendir.

Rubrika.az
Geri qayıt