Əsas Səhifə > Hadisə > İran parlamentində atışma olub: 7 nəfər həlak olub,12 nəfər yaralanıb- YENİLƏNİB
İran parlamentində atışma olub: 7 nəfər həlak olub,12 nəfər yaralanıb- YENİLƏNİB7-06-2017, 11:57 |
![]() Alınan son xəbərlərə görə, ölənlərin sayı 7 nəfərə çatıb. 4 nəfərin isə girov götürüldüyü bildrilir. Girovların Məclisin xidməti personalına aid olduğu söylənilir. 12:11 **** Son məlumatlara əsasən İran rəsmiləri terror hücumunun İŞİD tərəfindən törədildiyini bildirirlər. Parlamentin binasına və ayətullah Xomeyninin türbəsinə edilən hücumda 1 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı təsdiqlənib. 11:45 **** Son məlumatlara görə, terrorçuların 4 nəfər olduğu bildrilir. Hadisə zamanı 8 nəfərin yaralandığı xəbəri gəlib. Xomeyni türbəsinə hücum edən şəxsin canlı bomba olduğu bildirilir. Türbədəki atışmada da yaralılar var. Hazırda parlament ətrafına bütün giriş və çıxışlar qapadılıb. 10:58 **** Türkiyənin NTV kanalının verdiyi məlumata görə, hücum edənlər 3 nəfər olub. Bundan başqa, hücumu həyata keçirən şəxslərin artıq tutulduğu xəbərləri də gəlib. Atışma zamanı 1 nəfərin öldüyü bildirilir. Ölən şəxsin parlamentin mühafizəçilərindən biri olduğu söylənilir. Bundan başqa, terrorçular ayətullah Xomeyninin türbəsinə də atəş açıblar. 10:51 ***** İran parlamentində atışma olub. Trend-in məlumatına görə, hadisə nəticəsində ən az iki nəfər güllə yarası alıb. Yerli KİV-lərin məlumatına əsasən, parlamentdə bir neçə nəfər girov götürülüb. Hazırda atışmanın getdiyi bildirilir. Rubrika.az Geri qayıt |