Əsas Səhifə > Manşet > İran parlamentində atışma olub: 12 nəfər həlak olub, 4 terrorçu öldürülüb YENİLƏNİB
İran parlamentində atışma olub: 12 nəfər həlak olub, 4 terrorçu öldürülüb YENİLƏNİB7-06-2017, 16:03 |
![]() Xarici xəbər agentliklərinin verdiyi xəbərə görə, terror hücumu zamanı ölənlərin sayı 12 nəfərə yüksəlib. Yaralıların sayı isə 39 nəfərə catıb. Məlumatda Məclisdəki terrorçuların 4-nün də öldürüldüyü bildirilir. 15:11 ***** Musavat.com Türkiyə mediasına istinadən ayətullah Xomeyninin türbəsinə hücum edənlərdən birinin qadın olduğunun təsdiqləndiyini bildirir. Başqa bir məlumata əsasən, terroçuların Məclisdə istifadə etdiyi silahlar Kalaşnikov avtomatları olub. 12:56 **** İran mediasının məlumatına görə, terrorçulardan ikisi ələ keçməmək üçün intihar ediblər. Onlardan biri zəhər içərək özünü öldürüb, digəri isə üstündəki bombanı partladıb. 12:38 **** Alınan son xəbərlərə görə, ölənlərin sayı 7 nəfərə çatıb. 4 nəfərin isə girov götürüldüyü bildrilir. Girovların Məclisin xidməti personalına aid olduğu söylənilir. 12:11 **** Son məlumatlara əsasən İran rəsmiləri terror hücumunun İŞİD tərəfindən törədildiyini bildirirlər. Parlamentin binasına və ayətullah Xomeyninin türbəsinə edilən hücumda 1 nəfərin öldüyü, 12 nəfərin isə yaralandığı təsdiqlənib. 11:45 **** Son məlumatlara görə, terrorçuların 4 nəfər olduğu bildrilir. Hadisə zamanı 8 nəfərin yaralandığı xəbəri gəlib. Xomeyni türbəsinə hücum edən şəxsin canlı bomba olduğu bildirilir. Türbədəki atışmada da yaralılar var. Hazırda parlament ətrafına bütün giriş və çıxışlar qapadılıb. 10:58 **** Türkiyənin NTV kanalının verdiyi məlumata görə, hücum edənlər 3 nəfər olub. Bundan başqa, hücumu həyata keçirən şəxslərin artıq tutulduğu xəbərləri də gəlib. Atışma zamanı 1 nəfərin öldüyü bildirilir. Ölən şəxsin parlamentin mühafizəçilərindən biri olduğu söylənilir. Bundan başqa, terrorçular ayətullah Xomeyninin türbəsinə də atəş açıblar. 10:51 ***** İran parlamentində atışma olub. Xarici xəbər agentliklərinin verdiyi məlumata görə, hadisə nəticəsində ən az iki nəfər yaralanıb. İran mediası, parlamentdə bir neçə nəfərin girov götürüldüyünü bildirir. Rubrika.Az Geri qayıt |