Əsas Səhifə > Hadisə > İranda terror qurbanları dəfn olunub

İranda terror qurbanları dəfn olunub


9-06-2017, 17:43
İranda terror qurbanları dəfn olunub

İyunun 7-də Tehranda törədilmiş terror aktlarında həlak olmuş şəxslərin dəfn mərasimi keçirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, böyük izdihamla təşkil olunan dəfn mərasimi Tehran Universitetinin qarşısından başlayıb. Mərasimdə ölkə rəsmiləri də iştirak ediblər.

İran Təhlükəsizlik Nazirliyi yeni açıqlama ilə çıxış edərək ölkənin şimal-qərb bölgəsində terrorçu qruplaşma üzvlərinin toplaşdığı evdə əməliyyat keçirildiyini və terrorçuların zərərsizləşdirildiyini bildirib. Nazirlik elan edib ki, imperialist güclər və onların regiondakı əlaltılarına bağlı olan terrorçuların komanda mərkəzləri sərhədlərdən kənarda da izlənilir.

Rubrika.Az
Geri qayıt