Əsas Səhifə > Qalmaqal > Hökm oxunması gözlənilən polkovnikin səhhəti pisləşdi
Hökm oxunması gözlənilən polkovnikin səhhəti pisləşdi23-06-2017, 14:42 |
![]() Bu gün Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunması gözlənilirdi. Lakin polkovnik V.Ələkbərovun səhhətinin pisləşməsi iclasın təxirə salınmasına səbəb olub. Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək. Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək V.Ələkbərov 15 il müddətinə azadlıqdan məhrum edilməsini və hərbi rütbədən azad olunmasını istəyib. Rubrika.az Geri qayıt |