Əsas Səhifə > Hadisə > Bakıda faciəvi şəkildə ölən qız çempion imiş
Bakıda faciəvi şəkildə ölən qız çempion imiş29-06-2017, 11:41 |
|
Dünən axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında "BMW" markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla vurulan və hadisə yerində vəfat edən 22 yaşlı Reyhan Məmmədova tanınmış idmançı imiş. Rubrika.az-ın xəbərinə görə, Reyhan Məmmədova dağadırmanma,qayayadırmanma, buzadırmanma üzrə çempion olub. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının vitse-prezidenti Arzu Mustafayev faktı təsdiqləyib. O bildirib ki, R. Məmmədova bu sahə üzrə tanınmış idmançı İlqar Məmmədovun qızıdır. Rubrika.az Geri qayıt |