Əsas Səhifə > Dünya > İŞİD lideri Bağdadinin ölümü təsdiqləndi- FOTOLAR
İŞİD lideri Bağdadinin ölümü təsdiqləndi- FOTOLAR30-06-2017, 10:00 |
![]() Az əvvəl İranın Dövlət Radio və Televiziyası özünün internet saytında İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ölüsünün fotolarını yayıb. Bununla da televiziya Bağdadinin ötən ay mayın 25-də Rusiya Hava-Kosmik Qüvvələrinin endirdiyi zərbələr nəticəsində məhv edildiyini təsdiqləyib. İran televiziyası dünyanın ən qəddar, mənfur terror təşkilatının ölüsünün iki fotosunu və müqayisə üçün onun sağ ikən çəkilmiş fotosunu yayıb. ![]() Bundan əvvəl bəzi informasiya mənbələri ayətullah Əli Xameneyinin “Əl-Qüds” xüsusi təyinatlı briqadasındakı nümayəndəsi Əli Şiraziyə istinadən əl-Bağdadinin öldürüldüyünü təsdiqləmişdi. Bağdadinin ölümü haqda məlumatı iyunun ortalarında Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumatda deyilirdi ki, mayın sonlarında Suriyada endirilən hava zərbələri nəticəsində İŞİD lideri də daxil olmaqla 300-ə qədər terrorçunun öldürüldüyünə dair ilkin məlumatlar var. Lakin Rusiya Bağdadinin məhv edildiyini əminliklə təsdiqləməkdən çəkinmişdi. Rubrika.az Geri qayıt |