Əsas Səhifə > Hadisə > Tatarıstandakı dəhşətli qəzada ölən azərbaycanlının adı məlum olub

Tatarıstandakı dəhşətli qəzada ölən azərbaycanlının adı məlum olub


3-07-2017, 10:50
Tatarıstandakı dəhşətli qəzada ölən azərbaycanlının adı məlum olub


Tatarstanda baş verən dəhşətli yol qəzasında ölənlər arasında azərbaycanlı da var. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu Əliyev Əli Veyis oğludur. O, Samaradan yaşadığı İşevsk şəhərinə gedirmiş.

Tatarıstanda avtobus və yanacaq daşıyan yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 12 nəfər xəsarət alıb. APA-nın xəbərinə görə, bu barədə "RİA Novosti"yə müvafiq qurumlardakı mənbə bildirib.

Xatırladaq ki, Samara-İjevsk marşrutu üzrə hərəkətdə olan avtobus iyulun 2-nə keçən gecə yük maşını ilə toqquşub. Qəza zamanı avtobus aşaraq yanıb.

Rubrika.az
Geri qayıt