Əsas Səhifə > Manşet > Böyük qayıdış başlanır
Böyük qayıdış başlanır3-07-2017, 18:03 |
|
Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçəcək ailələr arasında püşkatma keçirilib. Bu barədə 1994-cü ildən bəri Cocuq Mərcanlı kəndini tərk etməyən Oqtay Həziyevin böyük qardaşı İsmət Həziyev və digər sakin Esmira Orucova məlumat veriblər. Püşkatma nəticəsində İ.Həziyev 5 ədəd dördotaqlı evdən birinin sahibi olub. E.Orucovanın bəxtinə isə 14 nömrəli ikiotaqlı ev düşüb: “Gözəl təsadüfdür ki, bizim rayondakı evin nömrəsi də 14 idi. Evimiz iki otaqlıdır. Vətənə qayıdacağımız üçün çox sevinirik”. Onun sözlərinə görə, iyulun 4-dən etibarən ailələr Cocuq Mərcanlıya köçəcək. Rubrika.az Geri qayıt |