Əsas Səhifə > Qanun > Prezident İlham Əliyev: "Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır"

Prezident İlham Əliyev: "Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır"


6-07-2017, 12:47
Prezident İlham Əliyev: "Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır"

"Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır".

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi "Twitter" mikrobloqunda yazılıb.
Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Rubrika.az
Geri qayıt