Əsas Səhifə > Müsahibə > Qarabağ münaqişəsi təcili həll edilməlidir - Səfir
Qarabağ münaqişəsi təcili həll edilməlidir - Səfir7-07-2017, 10:36 |
|
Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın mülki şəxslərinin həlak olması göstərir ki, Dağlıq Qarabağ münaqişəsini təcili olaraq həll etmək lazımdır. Rubrika.az Trend-ə istinadən bildirir ki, bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib. Diplomat qeyd edib: "Təmas xəttindəki son hadisə göstərdi ki, bu münaqişə tez bir zamanda dinc yolla həll edilməlidir". Onun sözlərinə görə, Meksika beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyü prinsipinə ehtiram göstərdiyini dəfələrlə bəyan edib: "Əlbəttə ki, biz vəziyyətin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində sülh yolu ilə həllinə çağırırıq". Rubrika.az Geri qayıt |