Əsas Səhifə > Dünya > Meksikada həbsxana qan gölünə döndü — 28 ölü

Meksikada həbsxana qan gölünə döndü — 28 ölü


7-07-2017, 13:14
Meksikada həbsxana qan gölünə döndü — 28 ölü

Rubrika.az "Ölkə.Az" xəbər verir ki, iki narkotik şəbəkə arasında çıxsan savaş bir neçə saatdan sonra başa çatıb. Həbsxanada axtarış aparan təhlükəsizlik qüvvələri qandonduran mənzərələr ilə qarşılaşıblar.

İki qruplaşma arasında baş verən savaş bir neçə saat davam edib. Təhlükəsizlik qüvvələri nəzarəti ələ keçirəndən sonra axtarışlara başlayıblar. Savaşda 28 nəfərin həlak olduğu bildirilir.

2 mindən çox məhkumun cəza çəkdiyi həbsxana və ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb. İçəridə savaşın çıxdığını eşidən məhkum yaxınları həbsxanaya axın ediblər.

Rubrika.az
Geri qayıt