Əsas Səhifə > Hadisə > ABŞ-dan Çinə uçan təyyarəni ələ keçirmək istədilər

ABŞ-dan Çinə uçan təyyarəni ələ keçirmək istədilər


7-07-2017, 14:48
ABŞ-dan Çinə uçan təyyarəni ələ keçirmək istədilər

ABŞ-ın Sietl şəhərindən “Delta Аir Lines” aviaşirkətinin təyyarəsi ilə Pekinə uçan sərnişinlərdən biri göyərtədə 3 nəfəri yaralayaraq, pilotların kabinasına soxulmaq istəyib.

Bu haqda “CNN” telekanalı məlumat yayıb.

İnformasiyaya əsasən, hadisə “Boeing 767” sərnişin təyyarəsi havaya uçandan sonra olub. Asayişi pozan şəxs tutulub. Baş verən hadisə ilə əlaqədar pilot geri, hava limanına qayıdıb. Məlumata görə, yaralananlardan ikisi sərnişin, bir isə pilotdur.

Hadisənin törədən hüquq-mühafizə orqanına təhvil verilib, araşdırma aparılır.

Rubrika.az
Geri qayıt