Əsas Səhifə > Hadisə > 6 ayda 297 qəza - 84 ölü, 264 yaralı
6 ayda 297 qəza - 84 ölü, 264 yaralı11-07-2017, 15:00 |
|
2017-ci ilin birinci yarısında paytaxt ərazisində baş vermiş 297 yol-nəqliyyat hadisəsində 84 nəfər həlak olub, 264 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rubrika.az BakuPost.az-a istinadən bildirir ki, bu barədə bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyilib. Qeyd olunub ki, 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 8,0%, xəsarət alanların sayı isə 22,8% azalsa da, həlak olanların sayı 15,1% artıb. Rubrika.az Geri qayıt |