Əsas Səhifə > Qanun > Prezident İlham Əliyev Türkiyəyə səfər edib

Prezident İlham Əliyev Türkiyəyə səfər edib


10-07-2017, 10:25
Prezident İlham Əliyev Türkiyəyə səfər edib

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün iyulun 9-da Türkiyəyə səfər edib.

Rubrika.az APA-ya istinadən məlumat verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb. Azərbaycan prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

Rubrika.az
Geri qayıt