Əsas Səhifə > Hadisə > İlham Əliyev diplomatları təbrik etdi
İlham Əliyev diplomatları təbrik etdi10-07-2017, 10:14 |
![]() Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı ilə əlaqədar təbrik edib. Dövlət başçısının sosial şəbəkələrdəki səhifəsinə istinadən bildirir ki, təbrikdə deyilir: “Xarici siyasətimiz daxili siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir. Bunun əsas səbəbi, əlbəttə ki, güclü siyasi iradənin mövcudluğudur .” Xatırladaq ki, 9 iyul Azərbaycanda Diplomatik xidmət günü qeyd edilir. Bayram Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust sərəncamı ilə təsis edilib. Ölkənin Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat 1919-cu il iyulun 9-da müsəlman şərqində ilk olan Azərbaycan Demokratik Respublikasının (ADR) hakimiyyəti dövründə qəbul edilib. Milli diplomatiyanın ADR-in yaradılmasında və müasir dövrdə müstəqil Asərbaycanın quruculuğu prosesində rolunu nəzərə alaraq, dövlət başçısı iyulun 9-nun diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi barədə sərəncam imzalayıb. Rubrika.Az respublikanın diplomatik missiyaları həyata keçirən diplomatik xidmət orqanları əməkdaşlarını təbrik edir. Rubrika.Az Geri qayıt |