Əsas Səhifə > İdman > Zidanın daha bir oğlu “Real”ın əsas heyətində

Zidanın daha bir oğlu “Real”ın əsas heyətində


10-07-2017, 11:35
Zidanın daha bir oğlu “Real”ın əsas heyətində

"Real" 2017/2018 mövsümü üçün heyətdə olacaq qapıçılarla bağlı qərar qəbul edib.

Rubrika.az apasport.az-a istinadən xəbər verir ki, "kral klubu"nun iştirak ərizəsində üç qapıçı yer alacaq.

Onların arasında "Real"ın baş məşqçisi Zinəddin Zidanın 19 yaşlı oğlu Luka Zidan da var.

Luka mövsüm ərzində "Real"ın 3-cü qapıçısı olacaq.

Komandanın əsas çərçivə qoruyucusu yenə də Keylor Navasdı. Kiko Kasiley isə ikinci qapıçı funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, fransız əfsanənin daha bir oğlu - Enzo Zidan da komandada yer alır.

Rubrika.az
Geri qayıt