Əsas Səhifə > Dünya > PKK-nın CHP ilə birlikdə keçirdiyi “Ədalət yürüşü”nə Türkiyə bayrağı buraxılmadı
PKK-nın CHP ilə birlikdə keçirdiyi “Ədalət yürüşü”nə Türkiyə bayrağı buraxılmadı10-07-2017, 12:38 |
![]() CHP və PKK-nın siyasi qolu HDP İstanbuldakı yürüşünün bir bənzərini Almaniyada keçirir Rubrika.az pia.az-a istinadən xəbər verir ki, Berlindəki yürüşə qatılmaq istəyən bir türk qadının əlindəki Türkiyə bayrağı PKK-çılar tərəfindən nümayişə buraxılmayıb. Prosesə müdaxilə edən CHP rəsmilərindən biri PKK-çılara tərəf çıxıb. “Ortaq verdiyimiz bir qərar var. Heç bir bayrağı nümayişə buraxmırıq. Mənim nə kürd bayrağı, nə türk bayrağıyla problemim yoxdur. Siz alınan qərara tabe olmalısınız. Verdiyimiz qərarla hər hansısa bir bayraq olmayacaq. Bu yürüş ədalət yürüşüdür. Təkcə türklər üçün deyil”, - deyə CHP rəsmisi bildirib. Rubrika.az Geri qayıt |